23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Qazaxıstan Xəzərdəki limanlarını etibarlı idarəetməyə verməyə hazırdır

31-01-2024

Qazaxıstanın Aktau və Kurık limanlarının dəniz donanmasının möhkəmləndirilməsi və Xəzərdə konteyner qovşağının yaradılması məqsədilə ship-or-pay şərti ilə (daşıyıcının müştərinin yükünün müəyyən həcmini daşımağa borclu olduğu və müştəri, hətta yükün çatdırılmadığı halda belə, daşıma haqqını ödəməli olduğu sxem – Red.) etibarlı idarəetməyə verilməsi məsələləri Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin Nəqliyyat üzrə Avropa komissarı Adina Velyan ilə görüşü zamanı müzakirə olunub.

Fhnews.az Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş çərçivəsində Qazaxıstan və Avropanın nəqliyyat potensialının inkişafı ilə bağlı əsas məsələlər müzakirə olunub. Tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) inkişafı sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriblər. TBNM-in tam yüklənməsi üçün infrastrukturun və terminal şəbəkəsinin inkişafı, habelə Qazaxıstan üçün icazəsiz vahid forma sisteminin gələcək tətbiqi ilə Avropa İttifaqı və Qazaxıstan arasında sazişinin imzalanması imkanı müzakirə olunub.

Qeyd edək ki, Aktau limanı Xəzər dənizinin şərq sahilində - Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xammal neftin və neft məhsullarının daşınmasını təmin edir. Kurık limanı isə Xəzərin şərq sahilində, Aktau limanın cənubunda, yükləmə-boşaltma əməliyyatları üçün daha əlverişli hava şəraitini təmin edən təbii körfəzdə yerləşir. Bərə kompleksi taxıl, neft məhsulları, gübrələr, kimyəvi maddələr və digər növ yüklərin daşınmasına yönəldilib.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz) Çin və Mərkəzi Asiyanı Avropa ölkələri ilə birləşdirir. Uzunluğu təxminən 11 min kilometr olan TBNM-in ötürmə qabiliyyətinin 2025-ci ilə qədər 6 milyon tondan 10 milyon ton yükə qədər artırılması planlaşdırılır.

Paylaş: