Qadın voleybolçuların Yüksək Liqasında VIII tur başa çatıb
Qadın voleybolçuların Yüksək Liqasında VIII tura yekun vurulub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, son oyunda “Gəncə” və UNEC komandaları üz-üzə gəliblər. Tovuz Olimpiya İdman Kompleksində keçirilən matç nominal meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki oyunlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”u 3:0, “Murov Az Terminal” “Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 19 xalla “Azərreyl” başçılıq edir. “Abşeron” 18 xalla 2-ci, “Murov Az Terminal” 17 xalla 3-cü, 12 xalla “Gəncə” 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla beşinci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...