Peşəkar “Çövkən” Liqasının 4-cü turunun oyunları keçirilib
Novxanı Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar “Çövkən” Liqasının 4-cü turunun növbəti oyunları keçirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Atçılıq Federasiyasından məlumat verilib. “Sərhədçi” və “Köhlən” komandaları arasında baş tutan mübarizə “Sərhədçi” komandasının 10-0 hesablı, “Embawood” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu isə “Zəfər” komandasının 6-1 hesablı qələbəsi ilə başa çatıb. 10 komandanın mübarizə apardığı Peşəkar “Çövkən” Liqasının 5-ci turunun oyunları avqustun 6-sı və 7-i keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...