Paytaxtın daha bir küçəsində velosiped yolu salınıb
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın bir neçə istiqamətində velosiped yollarının təmin edilməsi işləri aparıb.
AYNA-dan verilən məlumata görə, Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb.
Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...