23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

10-08-2024
IMG

Cari ilin yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 3565,9 milyon manat olub.

Fhnews.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3298,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 92,5 faizini təşkil edib.

Bu ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 233,0 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Paylaş: