Paris Sazişindəki cari planlara əməl etmək dünyanı hər il 57 isti gündən xilas edə bilər
World Weather Attribution və “Climate Central” iqlim tədqiqat təşkilatından on səkkiz tədqiqatçı Paris Sazişi çərçivəsində mövcud planların iqlim və temperatura təsirini təhlil ediblər.
İqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2015-ci ildə qəbul edilən və 2016-cı ildə imzalanan Paris Sazişi əsrin sonuna qədər qlobal temperatur artımını 2 dərəcədən aşağı, mümkünsə 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq məqsədi daşıyır. Lakin iqlim dəyişikliyi ilə mübarizə üçün ölkələrin təqdim etdiyi planlar hələ də bu məqsədə çatmayıb. Qlobal temperatur artımı sənayedən əvvəlki orta göstərici ilə müqayisədə artıq 1,3 dərəcə Selsiyə çatıb və emissiyalar artmaqda davam edir. 2015-ci ildə Paris Sazişinin qəbul edilməsindən bəri qlobal temperatur artımı 0,3 dərəcə Selsiyə çatıb və nəticədə bütün dünyada daha 11 isti gün yaranıb.
Əgər əsrin sonuna qədər qlobal temperatur artımı 4 dərəcə Selsiyə çatarsa, dünyada hər il orta hesabla 114 isti gün yaşanması riski var.
Bununla belə, ölkələr Paris Sazişində mövcud emissiyaların azaldılması planlarını həyata keçirsələr və əsrin sonuna qədər temperatur artımını 2,6 dərəcə Selsi ilə məhdudlaşdırsalar, bütün dünyada 57 isti günün qarşısı alına bilər. Beləliklə, Paris razılaşmasındakı planların həyata keçirilməsi hər il isti günlərin sayını iki dəfə azalda bilər. Bu yol Keniyada ildə 82, Meksikada 77, Braziliyada 69, Misirdə 36, Avstraliyada 34, Hindistan və ABŞ-da 30, İngiltərə və Çində 29, İspaniyada 27 isti günün qarşısını ala bilər.
ABŞ-da şatdaun səbəbindən 700-ə yaxın...
Filippində “Kalmaegi” qasırğası...
Bu gün ilin ən güclü geomaqnit qasırğası...
Media: Şimali Koreya ballistik raket...
İndoneziyada Semeru vulkanı püskürüb...