Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizəyə başlayır
Azərbaycanın daha yeddi idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Fhnews.az xəbər verir ki, əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.
Ardınca akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.
Həmçinin cüdoçu Zelim Tçkayev də mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində yer alan milli üzvü 1/16 final səddini keçməyə çalışacaq.
Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.
Daha sonra boksçular - Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/16 finaldan başlayacaq N.Allahverdiyev Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...