23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

"Paris-2024": Azərbaycan idmançılarının növbəti sınağı

31-07-2024
IMG

İyulun 31-də Azərbaycanın üç idmançısı və bir komandası "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Fhnews.az xəbər verir ki, cüdoçu Elcan Hacıyev ilk görüşünü keçirəcək. 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Türkiyə təmsilçisi Mixael Zqankı sınağa çəkəcək.

Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenlə üz-üzə gələcək. Təmsilçimiz ilk matçında qələbə qazanıb.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Olimpiadadakı ikinci oyununu ABŞ yığmasına qarşı keçirəcək. Millimiz qrupdakı ilk matçda İspaniya kollektivinə uduzub.

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko isə 6-12-ci yerlər uğrunda mübarizə aparacaq.

Bu günə triatlonçumuz Rostislav Pevtsovun da çıxışı nəzərdə tutulsa da, Sena çayında suyun keyfiyyətininn aşağı olması səbəbindən yarış yenidən təxirə salınıb.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Paylaş: