23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Paris-2024: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

25-07-2024
IMG

Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib.

Fhnews.az xəbər verir ki, yığmamızın lideri Hidayət Heydərov Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.

Hidayətlə yanaşı sonuncu dünya çempionatının qızıl medalını qazanan Zelim Tçkayev isə Umar Alfa Djalo (Fransa) - Abdelrahman Abdelqani (Misir) cütünün qalibi ilə qarşılaşacaq.

İyulun 27-də start götürəcək cüdo yarışlarında ölkəmizi 7 kişi və 2 qadın tatami ustası təmsil edəcək.

Kişilər
27 iyul

60 kq
Balabəy Ağayev – Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi

28 iyul

66 kq
Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya)

29 iyul

73 kq
Hidayət Heydərov – Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi

30 iyul

81 kq
Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa) - Abdelrahman Abdelqani (Misir) cütünün qalibi

31 iyul

90 kq
Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

1 avqust

100 kq
Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi

2 avqust

+100 kq
Uşanqi Kokauri – Rafael Silva (Braziliya)

Qadınlar
27 iyul

48 kq
Leyla Əliyeva – Xalimajon Kurbanova (Özbəkistan)

28 iyul

52 kq
Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)

Paylaş: