Pakistan Prezidenti Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərini qəbul edib
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari İslamabad şəhərində Azərbaycan, Pakistan və Türkiyənin Parlament sədrlərinin üçüncü üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.
Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sıx siyasi təmaslar və uğurlu əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.
Söhbət zamanı parlamentlərimiz arasında münasibətlərin ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinə mühüm və müsbət təsirləri qeyd olunaraq, bu mənada Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizminin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Azərbaycan, Pakistan və Türkiyənin qanunvericilik orqanlarının beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlığın mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bu çərçivədə parlamentlərimizin töhfələri müsbət qiymətləndirilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan XİN Zəfər Günü münasibətilə...
TDT: Azərbaycan xalqının nümayiş...
Ermənistan vətəndaşlarının məhkəməsində...
Sahibə Qafarova COP30 çərçivəsində...
Milli Məclisin sədri: Azərbaycan COP30...