Ötən il Azərbaycandan nəql olunan neftin 76 faizi BTC-nin payına düşüb
Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neftin həcmi 2022-ci ilə görə 5,2 faiz artaraq 39 milyon 753,2 min ton olub.
Fhnews.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 75,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və ötən ilin yanvar-dekabr ayları ərzində bu kəmərlə nəql edilən neftin həcmi 1,4 faiz artaraq 30 milyon 191,6 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6 faizini və ya 24 milyon 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4 faizini və ya 5 milyon 240,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...