Ötən ay ən çox sərnişini metronun “Koroğlu” stansiyası daşıyıb
Cari ilin iyul ayı ərzində “Bakı Metropoliteni” QSC 16 milyon 908 min 149, o cümlədən 534 min 946 güzəştli sərnişin daşıyıb.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, orta statistik hesabla gün ərzində Bakı metrosundan 545 min 424 sərnişin istifadə edib. Ən çox sərnişin iyulun 1-də (674 min 66), ən az isə ayın 28-də (348 min 658) metropolitenə daxil olub.
Ən çox sərnişin daşıyan stansiya “Koroğlu”dur. İyul ayı üzrə bütün sərnişinlərin 9,4 faizi məhz bu stansiyadan daxil olub. Ötən ay “20 Yanvar” stansiyası “28 May” stansiyasından daha çox - 7,9 faiz sərnişin daşımaqla ikinci yerdə qərarlaşıb. “28 May” sərnişin sayına görə, ayın üçüncü stansiyası olub – 7,5 faiz.
Ümumiyyətlə, iyul ayı ərzində bütün metro sərnişinlərinin 44 faizi cəmi 6 stansiyadan istifadə edib. Qeyd edilən 3 stansiyanın ardınca sərnişindaşıma sayına görə “Nərimanov” (7 faiz), “Gənclik” (6,3 faiz) və “Neftçilər” (5,9 faiz) gəlir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...