Ölkəmiz Etnosport Beynəlxalq Mədəniyyət Festivalında yüksək səviyyədə təmsil olunur
May ayının 6-da Türkiyə Respublikasının İstanbul şəhərində VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilib.
Fhnews.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.
30-dan çox ölkənin iştirak etdiyi və Dünya Etnosport Konfederasiyası tərəfindən keçirilən festivalda ölkəmiz Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti, 14 Qarabağ atı və Ankarada səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulmuş “Azərbaycan çadırı” ilə yüksək səviyyədə təmsil olunur.
Minlərlə ziyarətçi qəbul edən mötəbər tədbirdə nümayəndə heyətimiz əsasını nümayişləri hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqslərinin təşkil etdiyi “Koroğlu”nun adını daşıyan möhtəşəm şou-kompozisiya ilə çıxış edəcək və “Azərbaycan çadırı”nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq.
Qardaş ölkədə keçirilən festival iyun ayının 9-dək davam edəcək.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...