23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Ölkədə fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir - XƏBƏRDARLIQ

26-08-2024
IMG

Ölkədə fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.

Fhnews.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

“Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli “keylogger” proqramı yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda, ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.

Paylaş: