Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb
Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat turniri davam edir.
Fhnews.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominges ilk görüşünə çıxıb.
92 kiloqramda mübarizə aparan dünya çempionu 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Domingesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...