23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Oğuz-Qəbələ su kəmərində təmir-bərpa işləri aparılır

14-08-2024
IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Oğuz-Qəbələ kəmərində təmir-bərpa işləri aparır.

Fhnews.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür. Təmir-bərpa işləri nəticəsində Bakının Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər aparılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.

Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-da axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

Paylaş: