Noyabr prospektində hərəkət məhdudiyyəti aradan qaldırılıb
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhərinin 8 Noyabr prospektində aparılan asfaltlanma işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, prospektin şəhər mərkəzi istiqamətində Xəqani Rüstəmov küçəsinədək yolun hərəkət hissəsində aparılan əsaslı təmir işləri artıq başa çatıb. Bununla əlaqədar olaraq bu gün günorta saatlarından sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti üçün qoyulmuş məhdudiyyət aradan qaldırılıb və prospektlə rahat və fasiləsiz gediş-gəliş təmin olunub.
Hazırda prospekt boyunca ümumi hərəkətə maneə yaradılmadan piyada səkilərinin, velosiped zolağının və bufer zonanın, həmçinin yol ayrıcının tikintisi istiqamətinə işlər davam etdirilir.
Qeyd olunub ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən, aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...