Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verib (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Avtomobilin aşması nəticəsində ətrafa...
Şəkidə yol-nəqliyyat qəzası baş verib...
Binəqədi rayonunda yanğın başlayıb...
Salyanda avtomobildə yanğın baş verib...
Bakıda fərdi yaşayış evində yanğın baş...