23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb

26-08-2024
IMG

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) laborator-sınaq şöbəsinin Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında qaz xromatoqrafiyası üsulu ilə təbii qaz və digər bütün qaz komponentlərinin sınaqları təkmilləşdirilib, eyni zamanda, yeni üsulla sınaqların tətbiqinə başlanılıb.

AZSTANDART-dan verilən məlumata görə, müasir dövrdə qaz xromatoqrafiyası üsulu ilə həyata keçirilən sınaqlar dünya təcrübəsində perspektivli metod kimi maddələrin bölünməsi və analizində geniş tətbiq edilir.

Bu üsulun digər fiziki-kimyəvi analiz metodları ilə müqayisədə üstün cəhəti onun ekspress üsul hesab edilməsi, yəni nəticələrin yüksək templə əldə olunmasıdır.

 

Paylaş: