23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Nazirlik: Dövlət istiqrazları üzrə investorlara 825 milyon manatdan çox ödəniş edilib
 

22-08-2024
IMG

Cari ilin I yarımili ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

Fhnews.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirlyinin “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində bildirilir.

Məlumata görə, hesabat dövrü ərzində investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib.

Paylaş: