23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Nazir: Yeni enerji dəhlizlərinin qurulması ölkəmizin yaşıl enerji tədarükçüsünə transformasiyası deməkdir

30-09-2024
IMG

Azərbaycanın enerji keçidinin regional xarakterli növbəti mərhələsi Xəzər dənizinin nəhəng enerji potensialının işlənməsinə və yeni enerji dəhlizlərinin qurulmasına əsaslanır. Bu, həm də ölkəmizin yaşıl enerji tədarükçüsünə transformasiyası deməkdir.

Fhnews.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ilkin mərhələdə 5 giqavat yaşıl enerjinin Avropa və Türkiyəyə ixracını təmin edəcək Xəzər-Qara dəniz-Avropa, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə-Avropa, həmçinin Mərkəzi Asiya-Azərbaycan-Avropa yaşıl enerji dəhlizləri regional əhəmiyyətli strateji layihələrdir.

“Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin texniki iqtisadi əsaslandırmasının ilkin nəticələri COP29 çərçivəsində elan ediləcək. Həmçinin “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in tezliklə imzalanması nəzərdə tutulur. Həmin dəhlizlər regional və qitələrarası bağlantılar qurmaqla təchizatın təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək”, - deyə nazir qeyd edib.

Paylaş: