Nazir: Azərbaycan COP29-un nüvə enerjisini təşviq edən platforma olmasına diqqət yetirəcək
Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcək.
Fhnews.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Romada İtaliya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group – WFEG) birinci nazirlər iclasındakı çıxışında deyib.
Nazir nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində mühüm rol oynadığı qeyd edib. P.Şahbazov hazırda təhlükəsizlik standartlarının gücləndirilməsi, radioaktiv tullantıların düzgün idarə edilməsi, maliyyə dəstəyi və insanların bu enerji növünə olan etibarının artırılması nüvə enerjisinin inkişafı üçün zəruri çağırışlar kimi vurğulayıb. Həmçinin AEBA-nın nüvə enerjisinin təhlükəsiz, sülhməramlı və davamlı istifadəsi üzrə qlobal səylərinin, həmçinin bu enerji növünün bərpaolunan enerji mənbələri ilə birlikdə qlobal enerji keçidində rolunu artırmağa yönəlmiş “Atoms4NetZero” təşəbbüsünün əhəmiyyətdən bəhs edib.
Pərviz Şahbazov enerji təchizatının təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın hazırda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerjinin payının 35,5 faizə çatmasını və istixana qazı emissiyalarının 2,8 milyon ton azalmasını təmin edəcək meqa layihələr həyata keçirdiyi bildirib. Bununla yanaşı, ölkəmizin Xəzər və Mərkəzi Asiyadan Avropaya uzanan yaşıl enerji dəhlizlərinin yaradılması ilə geniş miqyasda yaşıl enerji keçidinə töhfələrini diqqətə çatdırıb.
O deyib ki, Azərbaycanın yaşıl artım ölkəsi məqsədinə sadiqliyinin təsdiqi olan COP29 Sədrliyinin prioritetləri, yaşıl enerji təşəbbüsləri və “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) çərçivəsində milli hədəfləri yeniləmə öhdəliyi, bütün təmiz enerji mənbələrindən istifadənin vacibliyini ön plana çıxarır: “Bu baxımdan hesab edirik ki, kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisi uzunmüddətli enerji strategiyamızda enerji keçidini dəstəkləyən elementlərdən birinə çevrilə bilər. Azərbaycan bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq və qabaqcıl təcrübələri mənimsəyərək, enerji sektorunda yeni texnologiyaların tətbiqi üçün AEBA ilə əməkdaşlığa hazırdır”.
Nazir Azərbaycan üçün 2024-2029-cu illəri əhatə edən “Ölkə üzrə Çərçivə Proqramı”nın nüvə texnologiyaları sahəsində AEBA ilə əməkdaşlığın inkişafına və enerji sektoruna mühüm töhfə verəcəyini bildirib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...