Naxçıvan karateçisi beynəlxalq turnirin mükafatçısı olub
Türkiyənin paytaxtı İstanbul şəhərində “Marmara Cup Karate” beynəlxalq karate turniri keçirilib. Beylikdüzü İdman Kompleksində reallaşan yarışda Azərbaycan idmançıları da medallar uğrunda mübarizə aparıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan karateçisi Xədicə Bayramova 10 yaşlı qızlar arasında kumite yarışında iştirak edib və 30 kiloqram çəki dərəcəsi bürünc medala layiq görülüb.
Qeyd edək ki, Xədicə bu il Bolqarıstanın Albena şəhərində keçirilən XIV Dünya Şotokan Çempionatının, eləcə də müxtəlif vaxtlarda “Open Georgia”, “İnternational Batumi Open”, “Arpachay Open”, “Olimpiya Ümidləri” beynəlxalq turnirlərinin qalibi olub.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...