Nağdsız ödənişlə alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 35 milyon manata yaxın ƏDV geri qaytarılıb
Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən uğurla davam etdirilir.
Fhnews.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2022-ci ilin noyabrından 2024-cü il iyulun 1-dək vətəndaşlar tərəfindən müvafiq portal üzərindən ümumilikdə 16 min 329 müraciət daxil olub ki, həmin müraciətlərdən 8563-ü üzrə 34,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Təkcə bu ilin 6 ayı ərzində portal üzərindən 2597 müraciət daxil olub. Həmin müraciətlərdən 1802-si üzrə 9,2 milyon manat vəsait vətəndaşlara ödənilib, müvafiq qaydaların tələblərinə əsasən 526 müraciət üzrə ödənişdən imtina olunub.
Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1398 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib, onlardan 917-si təsdiqlənib.
ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bu isə həmin sahədə mövcud olan bəzi çətinlikləri aradan qaldırıb.
Həmçinin imtina hallarına səbəb olan bir sıra məqamlar da mövcuddur. Bunlar son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir. Mənzil tikintisi ilə məşğul olan şəxslərə isə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələri tövsiyə olunur. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq, təhlil işləri həyata keçirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...