Müdafiə Sənayesi Nazirliyi Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətləri ilə əlaqələri genişləndirir
Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətlərinin baş direktoru Öner Tekinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə mövcud əməkdaşlıq haqqında müzakirələr edilib, “ADEX” və “Securex Caspian” sərgilərinin əhəmiyyətindən danışılıb.
Gələcəkdə Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumları ilə “Lentatek” və “Ayesaş” şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Nazir müavini hər iki şirkətin stendini ziyarət edib, sərgilənən məmulatlarla tanış olub.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...