Müdafiə Nazirliyi: Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı Bakı şəhərində və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
Azərbaycanın və Slovakiyanın müdafiə...
Azərbaycan HDQ-sinin nümayəndə heyəti...
Azərbaycanın Özbəkistandakı hərbi...
Zəfər Gününə həsr olunmuş hərbi parada...
Zəfər Gününün beşilliyi münasibətilə...