Müdafiə Nazirliyi: Çətin relyefli ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub
Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.
Mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir.
Fhnews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra edilir.
Qeyd edək ki, mühəndis təminatı üzrə zəruri tədbirlər planına uyğun olaraq, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...