Murat Kurum: “Riskli bir bina qalmayana qədər çalışacağıq.”
AKP-nin İstanbul Böyükşəhər Bələdiyyə başçısına namizədi Murat Kurum Fatih Sultan Mehmet Xanın məzarını ziyarət etdikdən sonra jurnalistlərə maraqlı açıqlama verib. O bəyan edib ki, məqsədi İstanbulun 39 rayonunda riskli bina qalmayana qədər çalışmaqdır.
“Bu müqəddəs şəhərin bələdiyyə başqanı olmaq üçün yola çıxdıq, Allah bizi İstanbullu həmvətənlərimizə utandırmasın. Hər küçədə tarix, mədəniyyət var. 5 min illik bu sivilizasiyaya baxdığınız zaman məscidləri və mədrəsələri ilə əcdadlarımızın bizə qoyub getdiyi irsi görürük.
İstanbula sivilizasiyanın paytaxtı deyirik, hər seçki kampaniyasına Eyüp Sultandan, Sultan Fatehdən başlayırıq. Bu, bizə böyük motivasiya verir. Sultan Fatehin mirasını hamımız qoruyacağıq. Biz hər zaman yeniliklərin arxasınca gedəcək, 16 milyonluq İstanbullu qardaş və bacılarımızla birlikdə bu sevimli şəhəri dirçəltmək üçün çalışacağıq.”
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...