23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

MN: Çətin relyefli və dağlıq ərazilərdə bölmələrin hərtərəfli təminatı fasiləsiz təşkil olunur

30-01-2024

Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması ilə bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra olunur.

Paylaş: