Minik avtomobillərin hərəkətinə icazə verilən COP29 zolaqlarının yerləşdiyi küçələr açıqlanıb - SİYAHI
Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, minik avtomobillərin hərəkətinə icazə verilən küçələr aşağıdakılardır:
• Bünyad Sərdarov
• Həsən Seyidbəyli
• Şeyx Şamil
• Mirzəağa Əliyev
• Abdulla Şaiq
• Həsənoğlu
• Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
• Xocalı prospekti
• Şah İsmayıl Xətai prospekti
• Zuğulba yolu
• Zığ şosesi
Bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir. Həmin küçələr:
• Gülarə Qədirbəyova
• Niyazi
• İstiqlaliyyət
• Üzeyir Hacıbəyli
• Bakıxanov
• Koroğlu Rəhimov
• Neftçilər prospekti
• Heydər Əliyev prospekti
• Mehdi Hüseyn
• Teymur Elçin
• Parlament prospekti
• Nəriman Nərimanov
• Mikayıl Müşfiq
• Salyan şosesi
• Hava limanı şosesi
• Bülbül prospekti
• Azadlıq prospekti
• Həsən Əliyev
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...