23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açılacaq

13-03-2024

Martın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açılacaq. Novruza və bu bayramın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

 Fhnews.az xəbər verir ki, Muzeydən verilən məlumata görə, ekspozisiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdiriləcək.

Bu sənət nümunələri təyinatına, üzərindəki naxışlara, hazırlandığı materiala əsasən tamaşaçılarda türk xalqlarının milli xüsusiyyətləri, adət-ənənələri, məskunlaşdıqları ərazinin təbii-coğrafi şəraiti, düşüncə və həyat tərzi barədə zəngin təəssürat yaradacaq.

Təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin, Türk Mədəniyyəti və İrsi Fondunun kolleksiyalarından, Macarıstan Xalq Sənətkarları Assosiasiyası və şəxsi kolleksioner Virciniya Morqan-Hayata aiddir.

Martın 31-dək davam edəcək sərgi çərçivəsində ustad dərsi və mühazirə də keçiriləcək.

Paylaş: