Milli komandanı daşıyan təyyarə qəza enişi edib
Afrika Millətlər Kuboku üçün Kot-d'İvuara yollanan Qambiya millisi uçuş zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Fhnews.az xarici KİV-lərə istinadən xəbər verir ki, komandanı aparan təyyarədə nasazlıq aşkarlanıb. Təqribən doqquz dəqiqə havada qalan təyyarə aeroporta geri dönərək qəza enişi edib. Bir neçə futbolçunun oksigen çatışmazlığı səbəbindən huşunu itirdiyi bildirilib. Nəticədə uçuş ləğv edilib.
Hadisə ilə bağlı danışan Qambiya millisinin baş məşqçisi Tom Senfyet bunları deyib: "Bu, dəlilik idi. Uçuş daha 30 dəqiqə davam etsəydi, hər kəs öləcəkdi”.
Hazırda Qambiya Futbol Federasiyası milli komandanın Kot-d'İvuara mümkün qədər tez səfər edə bilməsi üçün operativ həll yolu tapmağa çalışır.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...