Milli Kitabxanada virtual sərgi - Şuşanın məişət əşyaları
Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşanın məişət əşyaları” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Fhnews.az xəbər verir ki, Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu və şərqlilərə məxsus memarlığı, mədəniyyətimizə, ədəbiyyatımıza bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamın beşiyi, Qarabağın dilbər guşəsi sayılan Şuşa həqiqətən özü boyda tarixi abidədir. XVIII-XIX əsrlərdə Şuşa və Qarabağ bölgəsinə aid məişət əşyaları öz formasının gözəlliyi, zərif və yüksək zövqlü bədii naxışları ilə hər zaman seçilir.
Virtual sərgi ilə buradan tanış olmaq mümkündür.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...