Millətlər Liqası: Azərbaycan millisinin Slovakiya ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib
Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.
Fhnews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma sentyabrın 8-də II tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oktyabrın 14-də təşkil olunacaq IV turun matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...