Metronun “Gənclik” stansiyasının yanında nəqliyyat mübadilə mərkəzi yaradılıb
“Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, yeni HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir.
Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu yaradılıb. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində svetofor quraşdırılıb.
Qeyd edək ki, ilkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus fəaliyyət göstərəcək.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...