Meksikada şəhərləri su basıb, təqribən 130 nəfər həlak olub və ya itkin düşüb
Meksikada keçən həftə yağan leysan yağışları azı 64 nəfərin ölümünə, 65 nəfərin itkin düşməsinə səbəb olub. Tropik siklon Körfəz sahillərinin bir hissəsində və mərkəzi ştatlarda torpaq sürüşməsi və daşqınlara səbəb olub.
Fhnews.az xəbər verir ki, Meksika prezidenti Klaudiya Şeynbaum təqribən 100 min evə ziyan dəydiyini bildirib.
Yağış infrastrukturu da dağıdıb, küçələri palçıqla doldurub. “Reuters” agentliyi xəbər verir ki, keçən həftə çəkilmiş video və fotoşəkillər xilasedicilərin qapalı qalan sakinləri tapmaq və zərərçəkmiş icmalara ləvazimat çatdırmaq üçün dərin sulardan keçdiyini göstərir.
Hökumət evakuasiya, təmizləmə və ən çox zərərçəkmiş ərazilərin monitorinqinə kömək etmək üçün minlərlə işçi qüvvəsini səfərbər edib.
Ölkənin beş ştatının şəhərlərində elektrik enerjisinin verilməsi bərpa edilib. Səlahiyyətlilər yığılan suda sürətlə çoxalan ağcaqanadların daşıdığı denge qızdırması kimi virusların yayılmasının qarşısını almağa da diqqət yetirəcəklərini bildiriblər.
ABŞ-da şatdaun səbəbindən 700-ə yaxın...
Filippində “Kalmaegi” qasırğası...
Bu gün ilin ən güclü geomaqnit qasırğası...
Media: Şimali Koreya ballistik raket...
İndoneziyada Semeru vulkanı püskürüb...