Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 13-də saat 06:00-dan iyulun 14-də saat 22:00-dək Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Fhnews.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 3, 29, 31, 53, 77, 96, 205 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Abbasqulu Abbaszadə küçəsi, Hüseyn Cavid prospekti, Bəxtiyar Vahabzadə küçəsi, Məmməd Rəhim küçəsi, Ayna Sultanova küçəsi ilə təşkil ediləcək.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...