Mərkəzi Bank və AYİB yaşıl keçidlə bağlı icra olunacaq təşəbbüslərə dəstək imkanlarını müzakirə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz regionu üzrə icraçı direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan verilən məlumata görə, görüş çərçivəsində maliyyə sektorunun dayanıqlı inkişafı, Mərkəzi Bankın sektorun inkişafı ilə bağlı strateji planları, real sektorun maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, eləcə də yaşıl keçidlə bağlı icra olunacaq təşəbbüslərə AYİB-in dəstək imkanları müzakirə olunub.
Görüşdə, həmçinin Mərkəzi Bank və AYİB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...