Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir
Mədəniyyət Nazirliyinin Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrinə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı avqustun 15-də elan olunan sənəd qəbulu davam edir.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS üzrə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsil xərclərinin qarşılanması məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.
Bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar ixtisaslarında aparılır.
Sənəd qəbulu cari il sentyabr 15-dək davam edəcək.
Təqaüd Proqramı ilə bağlı əlavə məlumatı göstərilən link (https://culture.gov.az/az/mm/15717) vasitəsilə əldə etmək, həmçinin 012 525 11 28 (daxili: 102 və ya 103) telefon nömrəsi və e-poçt ([email protected]) ünvanı ilə əlaqə saxlamaq mümkündür.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...