Mədəniyyət naziri Gədəbəydə müəssisələrə baxış keçirib
Xəbər verdiyimiz kimi, iyulun 29-da mədəniyyət naziri Adil Kərimli Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, qəbuldan sonra nazir Gədəbəy şəhərində bir sıra mədəniyyət müəssisələrinin – Gədəbəy rayon Aşıq Məktəbi, Gədəbəy rayon Uşaq İncəsənət Məktəbi, Gədəbəy Mərkəzi Kitabxana Sisteminin binası, bir binada yerləşən Gədəbəy rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsinin fəaliyyəti ilə tanış olub.
Həmçinin Gədəbəy rayonu Slavyanka kənd folklor klubuna və Gədəbəy rayonu Slavyanka kənd Musiqi məktəbinə baxış keçirilib. Son olaraq Gədəbəy rayonu Slavyanka kənd kitabxanasına baş çəkilib.
Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...