Litva əcnəbilərə iş icazələrinin verilməsini dayandırıb
Litvada əcnəbilərə iş icazəsi almaq üçün şirkətlərdən müraciətlərin qəbulu dayandırılıb.
Fhnews.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Miqrasiya departamenti məlumat yayıb.
“Litvada xarici ölkələrin vətəndaşları üçün iş icazələri demək olar ki, tükənib, ona görə də departament yeni sənədlərin verilməsini dayandırır”, - deyə məlumatda bildirilir.
Departament tərəfindən cari ildə əcnəbilər üçün müəyyən edilmiş işə qəbul kvotası 24 min 830 nəfərdir. Oktyabrın 15-nə olan məlumata görə, 20 min 500 icazədən istifadə edilib. Bundan əlavə, hazırda təxminən 4500 müraciət də baxılma mərhələsindədir.
ABŞ-da şatdaun səbəbindən 700-ə yaxın...
Filippində “Kalmaegi” qasırğası...
Bu gün ilin ən güclü geomaqnit qasırğası...
Media: Şimali Koreya ballistik raket...
İndoneziyada Semeru vulkanı püskürüb...