23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Total Energies” şirkəti ilə yaşıl enerji sahəsində əməkdaşlıq müzakirə edilib

15-11-2024
IMG

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Total Energies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane arasında işgüzar nahar təşkil edilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə ilə bağlı fikir mübadiləsi aparılıb. “Total Energies” şirkətinin Azərbaycanda bərpaolunan enerji üzrə layihələrinin icrası müzakirə edilib.

Şirkətin Xəzər regionunda bərpaolunan enerji layihələrində iştiraka marağı ifadə olunub. Ölkəmizdə yaşıl enerjinin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Paylaş: