23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun açılış mərasimi keçirilib

01-02-2024

Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun növbəti qəbulunun açılış mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri tədbirdə Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Bəbir Quliyev akademik kursun açılışı münasibətilə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyi adından iştirakçıları təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb.

Qeyd edək ki, tədris müddətində akademik kursun dinləyicilərinə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələr oxunacaq, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.

Paylaş: