“Sirun jan” mahnısının bir sıra yutub səhifələrində silinməsinə nail olunub, işlər davam etdirilir
Xəbər verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni, “erməni xalq mahnısı” qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirilib.
Fhnews.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, milli musiqi irsimizlə bağlı bu plagiatlığın qarşısının alınması istiqamətində Nazirlik və Əqli Mülkiyyət Agentliyi tərəfindən birgə iş aparılır.
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bu işdə dəstəyə və erməni oğurluğuna qarşı etiraz münasibəti göstərildiyinə görə geniş ictimaiyyətə təşəkkürünü bildirir.
İlkin mərhələdə artıq erməni ifaçının “Sirun jan” mahnısının bir sıra yutub səhifələrində silinməsinə nail olunub. Bu mahnının digər musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) da silinməsi və qadağan olunması istiqamətində işlər davam etdirilir.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...