23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Səngəçal” ES-də 17,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

25-12-2023

“Səngəçal” modul tipli elektrik stansiyasında istismara verildiyi tarixdən cari il dekabrın 1-dək 17,5 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Fhnews.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, açılışı 2008-ci ilin dekabrın 24-də olan stansiyada elektrik enerjisi istehsalı 2020-ci ildə 1,07 milyard kilovat-saat, 2021-ci ildə 1,06 milyard kilovat-saat, 2022-ci ildə 0,92 milyard kilovat-saat, 2023-cü ilin 11 ayında isə 0,71 milyard kilovat-saat təşkil edib.

Hər birinin gücü 16,62 meqavat olan 18 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 300 meqavat təşkil edir.

Etiketlər:
Paylaş: