“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışında ilk günün qalibləri məlum olub
“Şahdağ” Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışının birinci gününün qalibləri müəyyənləşib.
Fhnews.az xəbər verir ki, sprint yürüşü üzrə üç yaş kateqoriyasında çıxış edən xizəkçilərin mükafatlandırma mərasimi keçirilib.
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif ediliblər. Onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Yarışın birinci gününün nəticələri belədir:
U-18 kateqoriyası
Qadınlar arasında
I yer – Helena Eurenger (Almaniya)
II yer – Eva Sophie (Austriya)
III yer – Süeda Sultan (Türkiyə)
Kişilər arasında
I yer – Morits Bauregger (Almaniya)
II yer – Babtiste Carrikart (Fransa)
III yer – Simon Widmoser (Avstriya)
U-20 kateqoriyası
Kişilər arasında
I yer – David Jost (Almaniya)
II yer –Emirhan Kars (Türkiyə)
III yer – Methsy Nogueras (Fransa)
U-23 kateqoriyası
Qadınlar arasında
I yer – Nikola Matkova (Slovakiya)
II yer –Nəzrin Qəribova (Azərbaycan)
III yer – Marzieh Beha (İran)
Kişilər arasında
I yer – Andreas Mayer(Avstriya)
II yer –Jakub Siarnik (Slovakiya)
III yer – Nikola Kalistrin (Bolqarıstan)
“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışında 11 ölkədən 60-dək idmançı mübarizə aparır.
Turnir martın 10-da vertikal növ üzrə davam edəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...