“Paris-2024”də iştirak etmiş Azərbaycan nümayəndə heyəti üçün qala gecəsi təşkil edilib
XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Olimpiya komandamızın şərəfinə qala gecəsi təşkil edilib.
Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə “Paris-2024”də iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Qala gecəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov idmançılarımızı bir daha uğurlu çıxışları münasibətilə təbrik ediblər.
Sonra F.Qayıbov XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və ölkə idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş olimpiyaçılarımızın məşqçilərinə dövlət mükafatlarını təqdim edib və onlara uğurlar arzulayıb.
Tədbir bədii proqramla davam edib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...