“Paris-2024” Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
“Paris-2024” Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Fhnews.az xəbər verir ki, Yelisey Çölləri prospektində start götürən tədbirə Konkord meydanında yekun vurulub.
Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.
Açılış mərasimini 65 min tamaşaçı izləyib. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyib.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək Paris Paralimpiadasında 7 növdə 18 idmançı ilə təmsil olunur.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...