“Paris-2024”: Triatlon yarışı Sena çayının çirklənməsi səbəbindən təxirə salınıb
Paris Olimpiya Oyunlarının təşkilatçıları Sena çayında suyun keyfiyyətinin qeyri-qənaətbəxş olması səbəbindən kişilər arasında triatlon yarışının təxirə salındığını elan ediblər.
Fhnews.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, “World Triathlon” və “Paris-2024”ün təşkilatçıları iyulun 30-da yerli vaxtla səhər saat 8-də keçirilməli olan yarışın ertəsi gün saat 10:45-də - qadın triatlonundan dərhal sonra təşkil ediləcəyini bəyan ediblər.
Təşkilatçılar qeyd ediblər ki, hər iki yarışdan əvvəl Sena çayında suyun “World Triathlon”un standartlarına uyğun olması yoxlanılacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...