23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Paris-2024”: Bu gün Azərbaycanın 4 idmançısı qüvvəsini sınayacaq

31-08-2024
IMG

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 4 idmançısı qüvvəsini sınayacaq.

Fhnews.az xəbər verir ki, paraüzgüçü Raman Saley 100 metr, Könül Süleymanova isə (hər ikisi S12 kateqoriyası) 50 məsafəyə arxası üstə üzmə yarışında medal qazanmağa çalışacaq.

Parataekvondoçu Əbülfəz Abuzərli (K44 kateqoriyası) ilk görüşünü keçirəcək. 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayacaq.

Paraatıcı Aybəniz Babayeva (P2 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçma yarışında məharətini nümayiş etdirəcək.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. Parataekvonduçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) isə bürünc mükafat qazanıb.

Paylaş: